Kirayə qaldığı evin pulunu ödəyə bilmədiyi üçün küçəyə atılan və 5 gündür binanın qarşısında gecələyən professor Fazil İsmayılov müayinəyə aparılıb.
"Medicina" oxu.az-a istinadən xəbər verir ki, 77 yaşlı professoru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müayinə üçün aparıblar.
Professor uzaqlaşdıqdan sonra qonşular onun maşınlarda gecələdiyini əlavə ediblər:
“Heç nəyi qəbul etmək istəmir. Əlyazmalarını qoyub getmək onun üçün çətin gəlir. Hamımız kömək etməyə çalışırıq. “Əlyazmalarımı, illərlə topladığım sənədləri burada qoyub gedə bilmərəm”, - deyir. Ötən gecə yağış yağırdı. Ürəyimiz dözmədi maşında gecələməyi üçün şərait yaratdıq. Dediyinə görə, yoldaşı dünyasını dəyişib. Bir qızı var. O da Fransada yaşayır”.
Medicina.az