Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kübra Əliyevanın səhhətində problem yarandı

  • 2024.09.16 17:38
  • 1116 Baxış
Kübra Əliyevanın səhhətində problem yarandı
Əməkdar artist Kübra Əliyevanın səhhətində yenidən problem yaranıb.

Medicina.az xəbər verir ki, bu barədə aktrisa "Elgizlə izlə" verilişində deyib. O bildirib ki, fəqərə sümüyündə problem yaranıb:


"13 ildir onkoloji xəstəlikdən xilas olmuşam. Bu aralar çox gəzdim, evdə çox iş gördüm və belim aörıdı. Getdim xəstəxanaya, pis xəbər gəldi. Dedilər ki, beş fəqərə sümüyün sınıb. Yaxın günlərdə müalicəmə başyacağam. İnanıram ki, buna da qalib gələcəyəm".