Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kubada ölümcül virus meydana çıxıb

  • 2024.12.02 19:02
  • 159 Baxış
Kubada ölümcül virus meydana     çıxıb

Kubada dəsmal, su, qab-qacaq, geyimlə keçə bilən yoluxucu virus yayıldığı bildirilir.


“Medicina” xəbər verir ki, Kuba və Dominikanda 80% ölümcül Marbuqr qızdırması virusu aşkarlanıb.


Artıq Avropada turizm şirkətlərinə bu barədə xəbərdarlıq edib. Bu ölkə Rusiyadan olan turistlərin də sevimli yeridir. Lakin onlara bu barədə xəbərdarlıq edilməyib.

Əgər ordan gələn turistdə Marburq olarsa, Rusiya təhlükədə olacaq.

Avropa Səhiyyə qurumları Kubada olarkən şəxsi gigiyena, su, qida, ictimai tualetlərdən istifadədə ehtiyatlı olmağı tövsiyə edir.

Artıq 15 ölkədə Marburq virusu aşkarlanıb: Braziliya, Peru, Keniya, Latın Amerikası ölkələri.
Almaniya həkimləri də tək-tək hallarda yoluxma aşkarlayıb.

Xəstəliyin əlamətləri – qəfil qalxan hərarət, miqren, baş ağrısı, əzələ oynaq ağrısı, qarında ağrı, ürəkbulanma, qusma, bədəndə səpki, damaqdan, burundan qanaxma.

İnkubasion dövrü 21 gündür.
Ölüm faizi 25%-dən 80% -ə qədərdir.

Aygün Musayeva