Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kubada 2 yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

  • 2021.09.17 09:22
  • 1294 Baxış
Kubada 2 yaşdan yuxarı uşaqların vaksinasiyasına  başlanıldı
Kubada ibtidai sinif və məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvənd olunmasına başlanılıb.

Medicina.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Kuba Səhiyyə Nazirliyindən verilən məlumata görə, sentyabrın 15-dən noyabrın 15-dək iki yaşdan 11 yaşa qədər təxminən 1,1 milyon uşağın, sentyabrın 5-dən noyabrın 5-dək isə 12-18 yaş arası 855 min yeniyetmənin peyvənd olunması planlaşdırılır.

Hazırda Kuba məktəbliləri distant təhsil alırlar, dövlət televiziyası xüsusi proqramlar yayımlayır. Sentyabr ayında həmçinin hamilə qadınların və yeni ana olan qadınların peyvəndi də tamamlanır.