Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

KTM-də ilk dəfə mikroskopik göz əməliyyatı keçirildi

  • 2025.02.11 17:45
  • 82 Baxış
 KTM-də ilk dəfə mikroskopik göz əməliyyatı   keçirildi



Kliniki Tibbi Mərkəzdə oftalmoloji əməliyyatların müasir cərrahi mikroskop vasitəsilə daha yüksək dəqiqliklə icrasına başlanılıb. Tibb müəssisəsinin yeni oftalmoloji əməliyyat otağında quraşdırılan innovativ optik və mikrocərrahiyyə imkanları ilə fərqlənən bu cihazın köməyilə artıq daha mürəkkəb və dəqiq cərrahi müdaxilələr həyata keçirilir.


"Medicina" xəbər verir ki, uzman oftalmoloq-cərrah Gülnar Sultanovanın rəhbərliyi ilə gözün ön seqmentinin mikrocərrahi əməliyyatları uğurla icra olunur.

Kliniki Tibbi Mərkəzdə tətbiq edilən "Leica M844 F40" mikroskopu oftalmoloji cərrahiyyə üçün nəzərdə tutulmuş yüksək texnoloji avadanlıq hesab edilir.

Bu mikroskop aşağı işıq şəraitində belə yüksək dəqiqlikli görüntülər təqdim edən "APO OptiChrome™" optikası və birbaşa halogen işıqlandırma sistemi ilə təchiz edilib. Cihaz "QuadZoom™" texnologiyası, ikili assistent modulu, HD görüntü və qeyd imkanı və eləcə də yüksək keyfiyyətli işıq ötürmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, oftalmoloji müayinə və sözügedən mikrocərrahi əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.