Spirtli içkidən zəhərlənmə hadisəsi baş verib. Hadisə Elias-Pinya əyalətində baş verib.
Medicina.az xəbər verir ki, t
ərkibi naməlum olan alkoqollu içkilərdən zəhərlənən 32 nəfər zəhərlənib. 12-i isə ölüb. 20 nəfər isə xəstəxanada müalicəsini davam etdirir.
Yaşanan hadisə ilə bağlı mətbuata Dominikan Respublikasının səhiyyə naziri Altaqrasiya Qusman məlumat verib. Onun sözlərinə görə, zəhərlənmə hadisəsi ölkəyə Haitidən gətirilən romlardan baş verib.
A.Qusman əhalini qeyri-qanuni şəkildə mənşəyi məlum olmayan alkoqollu içkilərin satışı ilə məşğul olan obyektlərdən spitli içkilər almamağı tövsiyə edib.