Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

KT müayinə şüalanması xərçəng yaradırmı? - Kimlər risk altındadır

  • 2020.07.20 15:35
  • 6947 Baxış
KT müayinə şüalanması xərçəng yaradırmı?  - Kimlər risk altındadır

KT müayinəsi – orqanların kompüter tomoqrafiyası vasitəsilə skan edilməsidir.

Hazırda 90% klinikalarda KT cihazı var və həkimlər ürək genişliyi ilə bu müayinəni uşaqdan tutmuş böyüyə kimi təyin edir. Son 2 ayda Bakıda əhalinin böyük qismi koronavirus səbəbindən döş qəfəsinin KT çəkimini etdirib və hələ də etdirirlər. Hətta xəstələr var ki, təkrar KT etdirirlər.


Kompüter tomoqrafiyası məhz şüalanma ilə işlədiyi üçün müəyyən mənada, bir çox hallarda və bəzi xəstə kateqoriyaları üçün zərərli ola bilər.

Medicina.az xəbər verir ki, KT zamanı xəstəyə zərbə gücündə ionizə edilmiş şüa dalğaları göndərilir. Bu da bir çox şiş xəstəliklərini aktivləşdirir.

Biz bu faktı özümüzdən demirik. Belə ki, Britaniyanın məşhur British Medical Journalında belə bir elmi məqalə yazılmışdı ki, fərdi olaraq tək-tək KT diaqnostika xərçəng xəstəliyinin dinamikasını və diaqnostikasını 24% artırıb.
Bu faiz göstəricisi zamanla dəyişir, azalır, artır. Belə ki, bir insan fərdi olaraq, tək KT skan edilməsindən nə qədər çox keçsə, bir o qədər yaşlandıqda, gələcəkdə xərçəng olma ehtimalı artır. Xüsusən yeniyetmə və gənc yaşlarında KT müayinəsi yaşlandıqda xərçəng riskini artırır və bu faiz 35% -ə qədər arta bilər.




Nəyə görə KT rentgenoqrafiyadan da zərərlidir?

Çox zaman həkimlər KT zərərindən danışdıqda, rentgenin ondan da çox şüaverici təsiri olmasını əsas gətirib, KT-nin zərərini önəmsəmirlər.

KT diaqnostikada üçqat, üçmərhələli çəkimin alınması üçün daha yüksək dərəcədə radiasiya şüası dalğaları bədənə yönəldilir.

Bir dəfə KT tərəfindən skan olunma çoxsaylı rentgen çəkimləri ekvivalentinə bərabərdir. Ona görə KT müayinəsini rentgenlə müqayisə etmək düzgün deyil.

Hesablamalara görə, bir dəfə tək KT çəkimi zamanı radioaktiv şüalanma bir insanın bir il ərzində təbii olaraq məruz qaldığı fon ionizəedici şüalanma dozasından 10 dəfə çoxdur. Yəni insan bir dəfə KT-ə girməklə, 7-10 il ərzində ətraf mühit, texnika, digər mənbələrdən qeyri-ixtiyari olaraq bədəninə yönələn radioaktiv şüaların miqdarını almış olur.


Rəqəmlərə baxdıqda: bir insan, xüsusən iri şəhərlərdə yaşayan insan 1 il ərzində fon radiaoktiv şüalanmaya təxminən 3 millizivert həcmində məruz qalır.

Təkcə başın bir dəfə KT müayinəsi zamanı isə o, 2 millizivert həcmində şüalanma almış olur.

Bu rəqəmlər döş qəfəsi, qarın boşluğu, bütün bədən KT müayinəsi zamanı dəfələrlə artır və hətta bir dəfədə 25-30 millizivertə qalxa bilir. Bu rəqəm isə illik təbii şüalanmadan 10 dəfə çoxdur.

Elmi araşdırmalara görə, 5-125 millizivert dozada radioaktiv şüalanma artıq orqanizm üçün zərərlidir və xərçəng riskini 25-35% artırır.

Artıq şiş xəstəliyi olan insanlar isə müayinə və müalicə məqsədilə həm şüa terapiyası, həm ildə bir neçə dəfə KT müayinə olunduğuna görə radioaktiv şüalanma dozaları daha yüksək həddi keçir və anormal həddə çatır.

Qadınlar, qızlar təhlükədədir.

Belə ki, süd vəziləri istər baş-döş qəfəsi, istər qarın boşluğu, çanaq KT müayinəsində şüalanmaya məruz qaldığından, gələcəkdə süd vəzi xərçəngi yaranması riski artır – bunu Harvard Universitetinin tədqiqatında bildiriblər.

Bir dəfə KT müayinədən keçmək, xüsusən döş qəfəsi və qarın boşluğu müayinəsindən sonra, xərçəngə tutulma faizi 2000 nəfərdə 1 nəfərdir. Yəni hər 2000 nəfərdən biri xərçəng ola bilər.

Ona görə bir çox alternativ tibb tərəfdarları pasiyentlərə rəqəmsal infraqırmızı termoqrafiyanı məsləhət görürlər. Çünki bu zaman radioaktiv şüalanma əvəzibə infraqırmızı şüalardan istifadə olunur. Bu metodla müayinə heç də KT-dən az informativ deyil və daxili orqanlardakı anomaliyaları göstərə bilir.

Eləcə də KT və rentgen arasında seçim etmək lazım gələrsə, rentgen seçilməlidir. USM ilə görülə bilərn xəstəlik KT ilə təkrar müayinə olunmamalıdır. MRT isə qarın boşluğu, baş beynin müayinəsində az informativ olsa da, əgər həkim MRT ilə diaqnoz qoya bilərsə, KT ilə MRT arasında üstünlük MRT-ə verilməlidir.




  • Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.