Kompüter tomoqrafiyası (KT)-müasir şüa diqnostikasında ən informativ üsullardan hesab olunur.KT bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir.Tomoqrafın skaneri insan bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdə çoxsaylı rentgen şəkilləri çəkilir.
Daha sonra bu şəkillər kompüter vasitəsilə cəmləşdirilir və işlənilir .Nəticədə müayinə olunan orqan və ya bədən hissələrinin 3 ölçülü təsviri alınır.
Kompüter tomoqrafiya - COVİD-19 infeksiyasının törətdiyi virus mənşəli pnevmoniyanın diaqnostikasında da mühüm müayinə üsuludur.Bəzi hallarda pasiyentlər COVİD-19 infeksiyasından şüphələndikdə birbaşa KT müayinəsinə müraciət edirlər.Lakin bu doğru hal deyil.
KT MÜAYİNƏSİ HƏKİM TƏRƏFİNDƏN TƏYİN EDİLMƏLİDİR!
Bioloji Təbabət klinikasında pasiyentlər dəqiq təyin edilmiş vaxt intervalı ilə növbəyə yazılır. Bu da növbədə gözləmək ehtimalını azaldır,və bizə hər müayinədən sonra xüsusi dezinfeksiyaedici vasitələrdən və bakterisid lampalardan istifadə etməyə imkan verir. Beləliklə, pasiyentlər arasında çarpaz yoluxma ehtimalının qarşısı alınmış olur.
Ətraflı məlumat üçün:
- (012)430 89 89
- (050,055,070) 430 89 89
- 055 430 89 89 (whatsapp)
-Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI