Uşaqların yuxusuz qalması valideynlərin vacib problemlərindən biridir. Bunun üçün bəzən analar həkim təyinatı olmadan bir sıra dərman preparatlarından istifadə edirlər. Onlardan biri də anaların bir-birlərinə məsləhət bildiyi və "köməkçi yuxu dərmanı” sandıqları ketotifendir.
Bəs ketotifendən istifadə nə qədər doğrudur?
Medicina.az-a açıqlama verən pediatr Xəyalə Quliyeva "ən gözəl yardımçı” olan ketotifenin törədə biləcəyi kəskin fəsadlardan danışıb.
Həkimin sözlərinə görə, analar övladlarında yuxusuzluğu müşahidə etdikləri zaman bunun səbəblərini araşdırmadan ketotifen verirlər: "Analar bilməlidir ki, ketotifen yuxu dermanı deyil, O allergiya əleyhinə dərman preparatıdır və göstərişsiz istifadəsi uşağa zərər vurar. Göy öskürəklər uşaqda müşahidə olunarsa və başqa dərmanlar effektini göstərməzsə, o zaman bu dərman son çarə kimi yazıla bilər”.
"Analara tövsiyə edirəm ki, kim bu dərmanı vermək istəyərsə, birinci özü içsin, rahatlayarsa və problem çıxmazsa o zaman uşağına da versin. Ancaq bilirəm ki, bir dəfə dərmanı qəbul edən ana ikinci dəfə istifadə etməz”, - deyə pediatr bildirib.
Uşaqlarda yuxu problemi ümumiyyətlə diaqnoz deyil. Yuxu pozğunluğunun hansısa xəstəliyin əlaməti ola biləcəyini və ya normal hal kimi dəyərləndirilə biləcəyini deyən Quliyeva, uşaqların ilkin adaptasiya dövründə yuxu problemi yaşaya biləcəyini qeyd edib.
"6 aydan sonra diş çıxarma prosesi başlayır. Buna görə yuxusuz qala bilərlər. Anemiyalar, qeyri-düzgün qidalanma zamanı da bu hal yaşana bilər. Bəzən körpələrə gecə 11-də kaşa və ya sup verilir, təbii ki, bu zaman uşaq yatmayacaq. Belə hallarda o dərmandan istifadə etmək cinayətdir”, - deyə Quliyeva vurğulayıb.
Həkim dərman preparatının zərərlərindən də danışıb: "Ketotifen sinir siteminə mənfi təsir edərək əqli inkişafda geriləmə yarada bilər. Həkim göstərişi olmadan istifadə etmək qəti şəkildə olmaz. Çünki yuxu dərmanı deyil, anaların köməkçisi deyil. Yuxu pozğunluğu varsa, pediatrla birgə səbəbini araşdırmaq lazımdır”.
Qeyd edək ki, ketotifen asılılıq yaradan dərman preparatıdır ki, uşaq öyrəşdikdən sonra həmin dərman olmadan yata bilmir.
Şəhanə Quliyeva
Mēn hələ kotetidin yuxu ile bağli vermemişem tabletqani 4 1 hisesin 2 usaqimada vermişem öskürek qiciq zamani onda tez keçib gedir bilmirdim bu qeder ziyanli olduqunu
salam men ketotifen haqda her sey oxudum amma menim hekim derki ehtiyac olanda 4/1 hissesn vermey olar men verirem azi kopey disi cixir deye narhat yaturdi indu yaxssdi eks tesiri aslilikdi mənce
Ayten
Məncədə olmaz
Əlbəttə indi həkimə deyen kimi srazu firma derman yazirlar bahali halbuki bu dermanlardan yazib kömək etmək olar tessufki indi hekimlerin çoxu cibini dermandan gelen faizi düşünürlər
Salam mənim.qizim 5 ayliqdi geceni rahat yatir seherler yatmir.yatandada hec 10 deyqə cəkmir durur.cox narahat uşaqdi. Ne ede bilerem?
körpələrə yatmazdan 2 saat əvvəl yüngül yemək ( qatığ) verməli və eahat geyindirməli birdə otağ səsiz havalı olmalıdır o zaman körpə rahat yatır Oğlum çox kür olub mən bu variantları etmişəm ketotifeni qətiyyən məsləhət bilmirəm uşağa vermək cinayətdir çünki tərkibini araşdırın biləcəksiniz !!!!!
Salam. Qızım 3ay 18gunlukdur. Gündüz ümumiyyətlə yatmır. Gecə tez tez oyanır. Ümumən çox narahat uşaqdır. Ketotifen vermək istəmirəm. Nə məsləhət görərsiz?
Menim iki oglum var.her ikisi dogulandan yuxu problemi yawayiram.boyuyunu ana sudunden ayirandan sonra normal yuxu yatir.2yaw 10 ayliqdi.balacam 6ayi olacag qetiyen yatmir ne gece ne gunduz.gucle 1-2saat yatir o da gunduz.ancaq soska evezi ana sudu isteyir mewguliyet kimi.men ketatifen verdim xeyiri yoxdu.boyuk ogluma nervipataloq fenibut tabletinin 1/4 demiwdi.onu verirdim gece hec olmasa 1-2 saat yatirdi.indi balacaya da verirem agrisi olmayanda xeyir edir.ziyani yoxdur beyinin inkiwafina da yaxsi tesir edir.yene de hekimle mesleheglewin sonra istifade edin
Salam menim korpem 10 ayliqdi inanırsınız geceni yatmir seher yatir yuxusunu deyismek isteyirem hemde oskurur onuncun bu dərmandan vermisem o da 4 1 hissesini ki gece yatsin seher oynasin hemde oskureye gore onsuzda 2 yaşınadək korpeler yuxusunu deyisir biraz dozmeliyik
Salam oglum alegiyalidi bu derman vere bilirem ?
Bu dermanı menim özüm istifade etmisem hemde illerle tek bu deyil bütün alergiya dermanlari ve indi sinir barede pis veziyyetdeyem ama oğluma da verem tabiki hekim meslehetiyle
Menim oglum 1 ayliqdi coox narahat usagdi herseye agliyir.. aglamire ozun cirixlayir deyerdim. Hekimi 4 bir hissesin ver dedi 2 defe men 1 defe verirem geceler. 12.1 arasi yatir yrmek vaxtinda durur yedirem yene yatir hem o sakitlewir hemde men
Menim qizim 3 ay 8 gunlukdu geceni yatir amma gunduz yata bilmir 10 deyqe yatir tez durur yuxuya gedə bilmir ne edim?
Men 1 defe verdim cemisi gece saat 9da verdim. seher 11idi ne qeder durquzmaga calishdim durmurdu???? Qorxasi bir shey deil , ayda 1 defe 2 aydan bir vermek olar , Ketotifen , ama her deyqa bawi yox!!!! Qetiyyenn.