Körpələr üçün ən faydalı qidanın ana südü olduğunu hər kəs bilir. Ana südü uşaqları xəstəliklərdən qorumaqla yanaşı, əmizdirmə ananın da sağlamlığı üçün əvəzedilməzdir.
Doğru əmizdirmə üsulları ilə körpənin ana südündən maksimum faydalanmasını təmin etmək mümkündür.
Medicina.az sizə körpənin düzgün əmizdirilmə üsullarını açıqlayır:
1. Doğumdan sonra ana 30-60 dəqiqə içində körpəsilə dəri təması qurmalı və südü gəlməmiş olsa belə uşağını əmizdirməyə çalışmalıdır.
2. Uşağı yaxşı əmizdirməsi üçün ana geniş və rahat paltarlar geyinməli, səssiz və rahat bir otaqda psixoloji qayğılardan uzaq olmalıdır.
3. Əmizdirmə zamanı üzü və qarnı anaya tərəf olmalıdır. Bu zaman uşağın udqunma səslərini eşitmək də mümkündür.
4. Əmizdirmə boyunca ana və körpəsinin sağlamlığı çox əhəmiyyətlidir. Bu səbəbdən də ananın əsasən də zülal və kalsium ilə bol olan qidalarla qidalanması vacibdir.
5. Əmizdirmə zamanı dərman istifadəsi tələb olunursa bu zaman həkimə məlumat verilməlidir. Əks halda bəzi dərmanlar süd vasitəsilə uşağa keçərək arzuolunmayan təsirlərə səbəb ola bilər.
6. Əmizdirmə müddətində ananın fiziki sağlamlığı ilə yanaşı onun psixoloji vəziyyəti də qənaətbəxş olmalıdır. Bu səbəbdən də anaya dəstək olmaq və körpəsi ilə yetərincə vaxt ayırmasına şərait yaratmaq lazımdır.
7. Əmizdirmə sıxlığı və miqdarı hər hansı bir qayda ilə deyil, körpənin istəyindən aslı olaraq nizamlanmalıdır. Çünki əmizdirmə miqdarı və sıxlığı uşaqdan uşağa dəyişir.
Arzu
Medicina.az