Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Körpənin ölümü ilə bağlı həkimdən açıqlama

  • 2018.08.13 18:20
  • 7326 Baxış
Körpənin ölümü ilə bağlı həkimdən açıqlama
 Xaçmaz rayon Mərkəzi rayon Xəstəxanası bu gün doğuş zamanı ölən körpə ilə bağlı açıqlama yayıb. 


Xaçmaz rayon Mərkəzi  Xəstəxanasının baş həkimin müavini Lətif Abbasov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, doğuşa qədər müayinələrdən keçən ananın övladı sağ olub:


"Körpənin qəfil ölüm səbəbi hələ ki, dəqiq bilinmir. Onun  meyiti araşdırılması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb. Həkimin bildirdiyinə görə, uşağın qəfil ölümünə səbəb ilkin olaraq doğuş zamanı  boğulması göstərilir".


Hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda  araşdırma aparılır.


Qeyd edək ki, 22 yaşlı Veyisova Könül Nazim qızı 9 ayı tamam olduğu üçün Xaçmaz Regional Perinatal Mərkəzinə  doğuşa qəbul edilib. Gənc ananın dünyaya gətirdiyi qız uşağını xilas etmək mümkün olmayıb.