Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Körpənin doymasını necə bilmək olar?

  • 2019.03.14 11:27
  • 11567 Baxış
Körpənin doymasını necə bilmək olar?
 

Anaları narahat edən məsələrdən biri də körpəsinin ana südündən doyub-doymadığıdır. Xüsusilə yeni ana olan xanımlar bu durumdan narahat olur.

 

Medicina.az körpənin ana südü ilə doyub-doymadığını anlamağın yollarını təqdim edir:  


- Əmizdirmə zamanı körpənin ana südünü kifayət qədər ala bilməsi üçün süd vəzi və çevrəsini yaxşı tutmalıdır. Əmizdirmə zamanı udqunma və süd səsinin gəlməli, çənəsinin hərəkətli olmasına diqqət edin. Sadəcə məmə ucunu tutan körpə kifayət qədər qidalanmır.


- Südün yetərli olub - olmadığını uşağın günlük bezini dəyişəndə nəcisindən analamaq olur. Bunu körpənin hər ay kilosunun artmasından da bilmək olur.


- Kğrpənin bezi hər gün 5-6 dəfə dəyişilirsə, bu o deməkdir ki, körpəniz yetərincə doyur. Onun gün ərzində 6-8 dəfə sidiyə çıxması da doymasından xəbər veririr. 

 

- Körpə əmizidirmə zamanı bir neçə dəfə döşdən ayrılırsa, südü əmmək istəmirsə körpənin doyma ehtimalının yüksək olduğunu mənasına gəlir. 


Ana südü ilə qidalanan körpə 2 həftə ərzində doğulduğu kilosuna qayıdır. Yeni doğulanlar ilk aylarda gündə 25-30 qram qədər kökəlir. Əgər uşağınızda göstərici bu kilodan aşağıdırsa, bu zaman südünüz keyfiyyətli deyil. Əgər ana südü kifayət etmirsə həkim məsləhəti ilə hazır qidalardan istifadə edilməlidir.

 

Ayna

Medicina.az