Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Körpənin bədənində 10 iynə tapılıb - 2 dəfə əməliyyat olacaq

  • 2018.07.05 15:15
  • 7044 Baxış
Körpənin bədənində 10 iynə tapılıb - 2 dəfə əməliyyat olacaq
Doqquz aylıq uşağın bədənindən 10 iynə tapılıb.

 

Medicina.az xəbər verir ki, Tacikistan Milli Tibb Mərkəzində belə bir hadisəni müşahidə edən həkimlər cərrahi müdaxilə nəticəsində hələlik iynələrin altısını çıxarıblar.


Həkimlər bildiriblər ki, iynələr uşağın bədəninin hər yerində - başında, döş qəfəsində, qarın nahiyəsində, boğazında, ayaqlarında və digər orqanlarında aşkar edilib. Onlar təsdiq edir ki, 9 aylıq uşaq bu qədər iynə uda bilməz. Həkimlər onu da deyiblər ki, iynələr azı üç aydır ki, uşağın bədənindədir.


 

İkinci əməliyyatla qalan iynələr də çıxarılacaq. 
Körpənin bədənində 10 iynə tapılıb - 2 dəfə əməliyyat olacaq