Üzü üstə çox vaxt keçirən uşaqlar daha rahat yatırlar.
Medicina.az xəbər verir ki, 6 aylıq 22 uşaq üzərində aparılan araşdırma bunu deməyə əsas verir. Valideynlər körpələri gün ərzində tez-tez üzü üstə uzadaraq sonradan körpələrin daha rahat yuxuya getdikləri müşahidə ediblər.
Miçiqan Universitetinin alimlərinin sözlərinə görə, gün ərzində körpələrin fiziki aktivliklərinin səviyyəsinin az olması onlarda yuxu probleminə səbəb ola bilər. Üzü üstə uzanmaq isə kifayət qədər yorucudur və tənəffüs orqanlarının funksiyasını yerinə yetirməsi üçün kifayət qədər mürəkkəb bədən formasıdır. Nəticədə, körpənin motorikası inkişaf edir, beləliklə də o bir çox vacib həyatı göstəricilər qazanmış olur.
Bu isə öz növbəsində dil bilgilərini mənimsəməyə, sosial bacarıqlarını və normal bədən kütləsini saxlamağa kömək olur. Araşdırma göstərib ki, körpənin gün boyu göstərdiyi aktivlik ilə onun gecələr yatması və süd yeməsi arasında ciddi əlaqə mövcuddur.
Arzu
Medicina.az