Hazırda bir çox həkimlər körpələrin rasionuna bərk qidanı daha gec daxil etməyi tövsiyyə edir ki, allergiya riski azalsın. Yeni araşdırma isə sübut etdi ki, bərk qida uşaqların yuxu, maddələr mübadiləsi üçün vacibdir, onları piylənmək, artıq çəki və diabetdən qoruya bilər.
Medicina.az Daily Mail istinadən xəbər verir ki, London Universitetinin tədqiqatında 1300 uşaq iştirak edib. Onlar 3 aya kimi ana südü ilə qidalanıblar. Sonra uşaqların yarısına 3 aylıqdan başlayaraq bərk qidaya keçilib, digər yarısı isə 6 ayına kimi təkcə ana südü yeyib.
Daha sonra müqayisəli təhlil göstərib ki, bərk qidaya keçən uşaqların səhhətində daha müsbət dəyişiklər olub.
Belə ki, bərk qidaya keçən körpələr digər qrupa nisbətən 20 dəqiqə daha çox gecə yuxusu alıb və 15% daha az gecəyarı oyanıblar. Çünki gün ərzində bərk qida qəbul etmiş körpə gecə acıyıb yuxudan oyanmır.
Pozitiv təsir sonra da davam edib. Belə ki, 3 aylığından bərk qidaya keçmiş uşaqların 1 yaşında da yuxusu daha yaxşı olub. Yaxşı yuxu isə körpələrin nevroloji sağlamlığna cavabdehdir. Diabet riskini də azaldır.
Ona görə Londonlu alimlər valideynlərə əgər əks-göstəriş yoxdursa, körpələrdə 3 aylığından bərk qidaya keçməyi tövsiyyə edir.