Allergik, mədə bağırsaq pozğunluğu, zəif və qanazlığı olan uşaqlar üçün....
Bəzən körpələrdən qulaqdan qan analizi götürmək lazım olur. Valideynlər isə buna təəccüblənir. Çünki əksəriyyət insanlar analizlərin ya barmaqdan, ya da damardan götürüldüyünü düşünür. Lakin hər bir nahiyədən götürülən analiz fərqli nüanslara xidmət edir.
Medicina.az fərqli qan analizinin körpələr üçün vacibliyini araşdırıb.
Qulaq seyvanından bir damla qan götürüb, mikroskopda qaranlıqsahəli müayinəsi 0 aylıqdan – yəni yeni doğulmuş körpələr də daxil olmaqla bütün yaşlarda uşaqlar üçün uyğundur.
Körpədə gizli iltihabi prosesi aydınlaşdırmaq üçün ən uyğun üsuldur. Axı körpələr harasının ağrıdığını göstərə bilmir... Ona görə valideynlər bu üsulla gizli gedən və şübhə yaratmayan iltihabi simptomları aşkarlaya bilər.
Qulaqdan götürülən qan analizi:
-Körpənin qanının su, oksigen və dəmirlə nə dərəcədə zənginliyini öyrənib qanazlığını, xroniki hipoksiyanı təyin edir
-Uşağın immun sisteminin funksional vəziyyətini dəyərləndirir
-Qanda bakteriyaları aşkarlayır
-Həzm orqanlarında problem varsa, göstərir
-Bağırsaqların funksiyasını tam öyrənə bilir
-Parçalanmamış iriölçülü qida xilomikronları aşkarlanır
-Ürək, qan-damar fəaliyyətində problemləri aşkara çıxarır.
Əgər körpə və azyaşlı uşaqlar tez-tez xəstələnirsə, xəstəliyinin səbəbi tapılmırsa, müalicələr effektsizdirsə, uşaq halsızdırsa, təngnəfəsliyi varsa, mədə-bağırsağında pozulmalar varsa, inkişafı zəifdirsə, allergiyalı uşaqdırsa - qulaqdan qan alınmaqla mikroskopik analiz sizin seçiminiz ola bilər.
Bəzən valideynlər xroniki iltihablaşma ilə allergiyanı səhv salır, səhv diaqnozlar qoyulur.
Mütəxəssislərin sözlərinə görə, çox zaman olub ki, uşaqda xroniki iltihab tapılıb, amma uşaq allergiyadan müalicə alıb, halbuki onda allergik xəstəlik olmayıb: "Ya uzun müddət burnu axır, ya öskürür, ya temperaturu olur. Sadəcə immunitet o qədər zəifləyib ki, hər şeyə belə reaksiya verir. Bu analiz digər qan analizlərini əvəz edir, sadəcə rəqəm verə bilmirik. Amma mikroskop altında bütün dəyişiklikləri görürük.
Ümumiyyətlə, qanda istənilən ağır, yüngül prosesləri bu analizlə görmək olur”.
Məlumat üçün bildirək ki, uşaqlardan qulaqdan qan götürülməklə qanın qaranlıqsahəli analizini Bioloji Təbabət klinikası həyata keçirir:
•Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında
•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89