Pediatr Xəyalə Quliyeva
Körpələrdə yüksək hərarət zamanı spirt və ya bu tip məhlullar istifadə etmək olmaz.
Bunlar damarları ani müddətə daraldır, hərarət düşür, amma az sonra damarları əvvəlkindən də çox genişləndirir ki, bu da hərarətdin daha da yüksəlməsinə səbəb olar. Qıcolmalar verə bilər. Bundan başqa hərarət zamanı Azərbaycanda məşhur brend olan "Smes" istifadəsi qəti qadağandır. Çünki bu tək dozada belə sümük iliyinin aplaziyasını yaradır(Sümük iliyinin funksiyasının pozulması və qan elementlərinin azalması). Smes dünyada yalnız Azərbaycanda və Rusiyada istifadə edilir. Təəssüf ki, bunu başa düşən ana və valideyn çox azdır. Hərarət 38-ə qədərdirsə dərmana da ehtiyac yoxdur.. Temperatur zamanı, ilıq duş alınması və alın hissəyə boyun arxasına, qoltuqaltı büküşlərə ilıq suda isladılmış dəsmal qoymaq gərəkdir.
Hərarət 38-i keçəndən sonra ısə tərkibi parasetamol, ibuprofen olan suspenziyalar istifadə edilə bilər. Hərarət 39-a yaxınlaşırsa eyni tərkibli şamlar istifadə edilə bilər.