Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Körpə ölümləri ilə bağlı - Nazirlik rəqəmləri AÇIQLADISTATİSTİKA

  • 2018.01.15 11:50
  • 13611 Baxış
Körpə ölümləri ilə bağlı - Nazirlik rəqəmləri AÇIQLADI STATİSTİKA
Son 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.


Medicina.az Səhiyyə Nazirliyinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, bu fikirlər Gəncə şəhər Səhiyyə İdarəsində Səhiyyə Nazirliyinin "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na həsr edilmiş tədbirdə səsləndirilib.


Müşavirədə həmçinin 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümlərinin təhlili aparılıb, prioritetlər müəyyənləşdirilib, risk qrupunda olan hamilə qadınların sağlamlıq vəziyyətinin müzakirəsi, həmçinin vaxtında doğuşayardım müəssisələrinə göndərilərməsi müzakirə edilib.


Tədbirə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev, Səhiyyə Nazirliyinin Tibbi-Yardım şöbəsinin əməkdaşı Nərgiz Şərifova, Pediatriya İnstitutunun neonotoloji şöbəsinin müdiri Adilə Hacıyeva və səhiyyə işçiləri qatılıb.


Müşavirənin əsas məqsədi ölkəmizdə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub. Tədbirdə qeyd edilib ki, səhiyyə sahəsində xidmət göstərən kadrlar günümüzün tələblərinə uyğun olaraq çalışır və gələcək nəslin sağlamlığını qorunması dəstək göstərilir.