Bioloji Təbabət Klinikasında “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzinin proqramı üzrə «BAĞIRSAĞIN İLTİHABİ XƏSTƏLİKLƏRİNİN (Kron və Xoralı Kolit) İNTEQRATİV TİBB İLƏ MÜALİCƏSİ» mövzusunda seminar keçiriləcək.
"Medicina" xəbər verir ki, 07.12.22 tarixində 15.30-18.15 -də baş tutacaq seminarın mühazirəçisi Dr. Arzu Quliyeva
qastroenteroloq, İnteqrativ Tibb həkimidir.
Almaniya və Türkiyədə ixtisaslaşmış qastroenteroloq, İnteqrativ Tibb həkimi Dr. Arzu Quliyeva Kron və Xoralı Kolit xəstəliyi olan yüzlərlə (xarici pasiyentlər də daxil olmaqla, əsasən Türkiyədən müraciət edən) pasiyentin uğurlu müalicəsinə məhz, İnteqrativ Tibb ilə nail olmuşdur
Dr. Arzu Quliyeva öz nailiyyətlərini bölüşmək üçün bir çox yerli, xarici konqreslər və simpoziumlarda spiker kimi iştirak etmişdir.
18-20.11.2021 - Uluslararası Katılımlı Mikrobiyota ve Probiyotik MikroBiyom Kongresi
26-29.10.2022- 9-cu Ulusal Bağırsak Mikrobiyotası ve Probiyotik Kongresi
13-16.10.2022 - III Bütüncül Tıp Kongresi və s.
Seminara qatılmaq üçün
Ünvan: Bakı, 3 mkr., Pişəvəri küç., 110 (Cavadxan küç 24),
M.Əcəmi m.st. yaxınlığında (Bioloji Təbabət klinikasının akt zalı)
Tel: (012) 430 89 49