Vaşinqton Universitetinin Sağlamlıq məktəbinin alimləri yeni başa çatmış tədqiqatlarının nəticəsini elan etdilər: kredit götürmək və ödəmək nəinki maliyyə itkisinə səbəb olur, həmçinin sağlamlığa böyük zərər vurur.
"Bu gün bank sistemi maliyyə baxımından gəliri stabil olmayan əhali təbəqəsini kreditləşməyə cəlb edərək, onları uzun müddət kreditdən asılı vəziyyətə salır. İnsanlar daha çox mənzil və tibbi xərclərə görə kredit götürür. Amma kredit götürdükdən sonra da maliyyə vəziyyəti düzəlməyən, heç bir maddi, mənəvi fayda almayan kreditgötürənlərin zamanla səhhətində problemlər artır. Borcu ödəmək üçün daha çox işləməli olan, əlavə mənbələr axtaran və qənaət edən borclu hər gün stress vəziyyətində olur".
Sorğuda iştirak edən 17.000 insanın 38%-i səhhətindən şikayət edib, onların da 70%-i banka kredit borcu olanlardır. Kredit borcu içində vurnuxan insanlarda daha çox təzyiq, depressiya, əsəbi gərginlik, hormonal disbalans, ürək-damar xəstəlikləri, şəkər xəstəliyi problemləri qabarır.
" Maliyyə durumu sabit olmayan təbəqənin sosial müdafiəsi yönündə aparılan siyasətə dəyişiklik etmək lazımdır. Bu təbəqə müəyyən miqdar kreditlə hansısa problemini həll etsə də, vacib amil olan səhhətində probıemlər yaşamağa başlayır. Bu da aztəminatlı təbəqənin vəziyyətini daha da pisləşdirir”.