Yoluxucu xəstəlik mütəxəssisi kran suyunun infeksion təhlükəsinin olub-olmamasını açıqlayıb.
“Medicina” xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis Vadim Pokrovski kran suyunun təhlükəsizliyi nədən asılı olduğunu da deyib.
“Əgər kifayət qədər təhlükəsizlik tədbirləri görülsə, qürurla deyə bilərik: “Bizim şəhərdə krandan su içmək olar”.”
Son vaxtlara qədər Moskvada krandan su içmək olardı, amma mən bu sistemdə çalışan insanlardan belə açıqlama eşitməmişəm.
Ona görə krandan axan suyu yalnız qaynadılmış məsləhət görürəm”.
Mütəxəssis həm də həmişə təhlükəsiz olmadığı üçün qablaşdırılmış suya diqqəti artırmağa çağırıb. Belə su içmək bağırsaq infeksiyasına səbəb ola bilər.
Aygün Musayeva