Avropa, Rusiya, hətta qonşu ölkələrdə aşkarlanan Omikronun yeni alt variantı Erisin Azərbaycanda yayılması riski var.
"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyevin açıqlamasına görə, hazırda Azərbaycanda koronavirusun “Eris” variantının yayılması barədə rəsmi məlumat yoxdur.
“COVID-19-un yeni ştamı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir.
“Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir”.
MEDİCİNA.AZ