Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kovidin yeni JN1 ştammının müalicəsi

  • 2023.12.29 15:08
  • 1571 Baxış
Kovidin yeni JN1 ştammının müalicəsi

Covidin yeni altştammı JN.1 əvvəl Avropa, indi isə Şərqdə aktual virusa çevrilib.


"Medicina" xəbər verir ki, rusiyalı professor Pavel Vorobyov bu xəstəliyin də yüngül keçməsi üçün əsas müalicənin qandurulducu olmasını açıqlayıb.

"Adı necə qoyulursa qoyulsun, kovid elə koviddir. Damar sistemini zədələyir. Bu ştamm öldürücü olmasa da xəstəni yatağa salır və həftələrlə sağalmaq uzana bilir. Əgər antikoaqulyantları vaxtında qəbul etməyə başlasanız, o zaman tez qalib gələcəksiz".

Hər bir infeksiya kimi koviddə də infarkt-insult riski artır. Hətta qrip zamanı da tromboz riski yaranır. Ona görə yaşlı adamlar üçün qandurulducu birinci yerdə olmalıdır.

Aygün Musayeva