Mütəxəssislər koronavirusun 2 variantına eyni anda yoluxmağın mümkün olduğunu bildirirlər.
Medicina.az xəbər verir ki, Braziliyadakı mütəxəssislər yanvar ayında 2 nəfərin eyni anda 2 tip koronavirusa yoluxduğunu sübut ediblər.
BBC-də yer alan xəbərə görə, Portuqaliyadan olan tədqiqatçılar, COVID-19 infeksiyasından əziyyət çəkərkən 2-ci varianta da yoluxan 17 yaşlı gəncin müalicəsini aparıblar.
Belçikada isə mütəxəssislər yıxıldığı üçün xəstəxanaya qaldırılan 90 yaşlı qadının 2 fərqli ştamma yoluxduğunu aşkarlayıblar.
Lakin peyvənd olunmayan qadın mart ayında ölüb.