Kovidə yoluxub sağalmış istənilən şəxs sağaldıqdan sonrakı 1 ayı keçməmək şərtilə yubanmadan kontrol test və analizlərdən keçməlidir.
Medicina.az xəbər verir ki, rusiyalı həkim terapevt Andrey Zvonkov bildirib.
O, lazım olan analizləri sadalayıb.
Birinci növbədə qan ümumi, laxtalanma, tromboz analizi, triqliseridlər, qaraciyər göstəriciləri yoxlanmalıdır.
Koviddən sonra uzun müddət laxtalanma arta bilər.
Eləcə də qanda antitel analizi verilməlidir ki, onların səviyyəsini biləsiz. Bu, orqanizmin immun cavabını göstərəcək.