Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kovidə yoluxduqda, peyvənd olunduğunuza arxayın olmayın - Həkim

  • 2022.02.02 14:30
  • 1630 Baxış
Kovidə yoluxduqda, peyvənd olunduğunuza arxayın olmayın  -  Həkim

"COVID-19-a yoluxduqda bağlı peyvəndə belə arxayın olmayın. Hər hansı klinikada Omikron üçün əlavə ödəniş istəsələr, verməyin. Bu, sui-istifadədir. Omikron və ya qeyri-omikron nəyisə dəyişmir".

Medicina.az xəbər verir ki, koronavirus testi pozitiv çıxan həkim-pediatr Aytən İsmayılzadə bu virusla bağlı növbəti dəfə tövsiyələrini paylaşıb. O, bildirib ki, əlamətlər başlayanda test pozitiv çıxıbsa, bu haqda ətrafa məlumat vermək lazımdır. Çunki bir həftə əvvəl kimisə yoluxdurmuş ola bilərsiniz:

"Heç bir vasitənin mütləq təsiri yoxdur" desək də, yüksək doza vitamin C və biotənzimləyici terapiyadan istifadə edirəm. Evdə bir nəfərdə koronavirus aşkarlanıbsa, digərlərinin test verməsinə ehtiyac yoxdur. Uşaqları bir həftə, 10 gün məktəbə göndərməyin. Onlarda əlamətləri izləyin".

Ən çox yoluxuculuğun yuxarı tənəffüs yolları zədəli ikən baş verdiyini söyləyən A.İsmayılzadə onu da qeyd edib ki, öskürəyi kəsməyə, hərarəti dərhal salmağa cəhd etmək lazım deyil. Bu cəhdlər daha çox zərər verə bilər. Bədən ağrılarına görə aktiv hərəkət etməmək və enerjini immunitetin mubarizəsi üçün saxlamaq məsləhət görülür. Uşaqlar üçün xüsusilə antiviral təyinatlı preparatlara ehtiyac yoxdur.