Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kovidə yoluxan Zaurun həyat yoldaşı niyə karantinə alınmayıb?

  • 2022.01.25 14:50
  • 4151 Baxış
Kovidə yoluxan Zaurun həyat yoldaşı niyə karantinə alınmayıb?
Aparıcı Zaur Baxşəliyevin kovid testi müsbət çıxması barədə xəbər vermişdik. Onun aparıcısı olduğu “Bizimləsən” verilişinə isə həyat yoldaşı Günay Baxşəliyeva çıxıb.

Medicina.az xəbər verir ki, aparıcı rayona gedəndə özünü pis hiss edib, evə zəng edərək bunu xəbər verib. O, özünü təcrid edib, uşaqlar və həyat yoldaşının isə ayrı evdə təcrid olduğunu bildirib. Dünən onun testi müsbət çıxıb.

Lakin yeni qaydalara əsasən yanvarın 24-dən və 24-ü tarixinə qədər kovidə yoluxmuş şəxsin özü və onunla müəyyən olunmuş “sıx təmas”da olan bütün şəxslərə 7 günlük karantin müddəti təyin edilir. Hətta təmasda olmuş ailə üzvləri ayrı evdə təcrid olunsalar da bu onları karantindən azad etmək anlamına gəlməz.


Çünki kovidə yoluxmuş şəxsin ailə üzvlərində xəstəlik əlamətləri 3-5 gün ərzində özünü göstərə, həmin şəxsin test cavabı isə sonradan müsbət ola bilər.

Belə olan halda Günay Baxşəliyevanın Zaur xəstələnən günlərdə onunla sıx təmasda olduğu üçün 7 gün gözləməli idi.

Qeyd edək ki, Zaur Baxşəliyev üç doza vaksin vurdurub, o xəstəliyi yüngül keçirir.