Rusiyanın Barnaul əyalətinin sakini Natalya Lomakova koronavirusa yoluxduqdan sonra komaya düşüb.
Medicina.az xəbər verir ki, 28 həftəlik hamilə qadını reanimasiyaya yerləşdiriblər. Xəstənin ağciyərlərində 100% zədələnmə olub və bəzi orqanları sıradan çıxırdı.
Həkimlər komada olan qadını keysəriyyə edərək, körpəni götürüblər. Uşaq özü də pnevmoniya ilə doğulub, cəmi 1,2 kiloqram idi.
12 gündən sonra komadan ayılan qadın uşağının dünyaya gəldiyinə inanmayıb.
Hazırda ana və uşaq reabilitasiya keçir.