Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koviddən və peyvənddən sonra insult olmamaq üçün nə etməli?- Rusiyalı ekspertdən Məsləhət

  • 2021.10.12 17:13
  • 3693 Baxış
Koviddən və peyvənddən sonra insult olmamaq üçün nə etməli? - Rusiyalı ekspertdən Məsləhət


Kovid infeksiyasından sonra orqanizmin tükənməsi, damarların zədələnməsi, iltihab göstəricilərinin artması, qanın laxtalanması hətta koviddən yarım il sonra da insult, infarkt riskini artırır.



Medicina.az xəbər verir ki,risiyalı tibbi ekspert Sofya Dorinskaya yaşlı insanları kovid sonrası insultdan qorumaq üçün vitamin sxemini təqdim edib.



O, hesab edir ki, kovid xəstələri müalicə dövründə çoxlu miqdarda vitamin C itirir və bu vitaminin kəskin defisiti yaranır. C vitamini əskikliyi zamanı hemorragik qansızmalar əmələ gəlir. Bu baş beyində də baş verə bilər.

Ona görə kovid xəstələri sonradan da yüksək dozada C vitamini qəbul etməlidirlər və bu ən azı 3 ay davam etməlidir.
Eləcə də unudulmuş K vitamini. Bu vitamin də ciddi olaraq çatışmır. K vitamini çaıtşmayanda da qansızmalar, insult olur.


Müalicə zamanı antibiotik çox miqdarda istifadə olunduğundan bağırsaq mikroflorası pozulur, həzm sistemində qidadan vitamin və mineralların mənimsənilməsi baş vermir. Ona görə bu vitaminləri hazır preparat şəklində uyğun dozada qəbul etmək lazımdır. Vitamin K qan laxtalanmasında da iştirak edir.

Bu vitamin daxili və xarici qanama, qansızmanın qarşısını alır.

Diqqət: trombozu olan və hər gün heparin, kleksan və ya aspirin qəbul edən xəstələr K vitamini az qəbul etsin və ya etməsin.