Uşaqlarda Multisistemli İltihab Sindromu (MIS-C) adlanan xəstəlik Covid-19 infeksiyasından 2-6 həftə sonra baş verir. Lakin bu sindromun heç bir simptomu yoxdur. Bu sindrom çox nadir olsa da, onun törətdiyi fəsadlar çox ciddi ola bilər. Aparılan müşahidə və tədqiqatların nəticəsinə əsasən, Azərbaycan daxil olmaqla bir çox ölkələrdə bu xəstəlikdən minlərlə uşağın əziyyət çəkdiyi təxmin edilir.
Medicina.az xəbər verir ki, kovid xəstələri üzrə təcrübəli həkim anestezioloq-reanimatoloq Kəmalə Namazova şəxsi təcrübəsinə əsasən uşaqlarda çoxfəsadlı sindromun əlamətlərini açıqlayaraq, valideynləri və pediatrları diqqətli olmağa çağırıb.
“Amerika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, yalnız ABŞ-da MİS-C xəstəlyi səbəbiylə müalicə alan 3165 usaqdan 36-da ölüm baş vermişdir. Dünya alimləri MİS-C sindromu ilə müraciət edən uşaqlarda qızartı, qarın ağrısı, qırmızı gözlər (konyuktivit) və ən əsası hipotenziya kimi simptomların olmasına diqqət yetirmişdir. İngiltərədə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, MİS-C sindromu olan usaqlarda nitq, yaddaş pozğunluqları, koordinasiya problemləri kimi nevroloji simptomlar da yaranmışdır.
London Kollec Universiteti Xəstəxanasında müalicə olunan 46 uşaqdan 24-də nevroloji əlamətlər, toksik, posthipoksik ensefalopatiya meydana çıxmışdır. Bir sıra alimlər hesab edir ki, MİS-C sindromunun usaqlarda yaranmasına səbəb virusun toksiki təsirindən yaranan şok orqanizmin bütün orqan və sistemlərinin həyat fəaliyyətini iflic edir.
Belə ki, koronavirus xəstəliyi zamanı görülən sitokinin fırtınası dediyimiz vəziyyətdən bəzi xüsusiyyətləri ilə fərqlənir. Hər kəsin bildiyi kimi, koronavirus infeksiyasında qanda limfositlərin sayı azalır, lakin MIS-C sindromda limfositlərin səviyyəsi kəskin aşağı olur.
Bundan əlavə, MİS-C sindrom “Kavasaki Sindromu” na da bənzəyir.
Amerika İnfeksiya Komitəsi Mərkəzi tövsiyə edir ki, əgər uşaqda döş qəfəsi, kürək nahiyəsində ağrı, hərəkət zəifliyi və ya məhdudluğu, nəfəs darlığı, şiddətli qarın ağrısı, huşun və nitqin pozulması kimi simptomlar aşkar olunarsa, valideynlər MIS-C əlamətlərindən şübhələnməli və təcili şəkildə müvafiq xəstəxanalara müraciət etməlidirlər”.