Koviddən sonra ürəkdə miokardit riski 16 dəfə çoxdur
Alimlər yeni elmi araşdırmalarının nəticəsi olaraq elan ediblər ki, Covidə yoluxduqdan sonra ürək əzələsində iltihabın olması 16 dəfə artır və çox xəstələrdə bu baş verir.
Medicina.az xəbər verir ki, elmi məqalə CDC saytında dərc olunub.
Miokardit və ona bağlı perikardit – ürəyin və ətrafının iltihabı əvvəllər Pfizer peyvəndi ilə də əlaqələndirilirdi.
Bu xüsusilə yeniyetmələr, gənc kişilərdə görülürdü.
Lakin tədqiqat sübut etdi ki, real olaraq virusa yoluxanlarda bu təhlükə qat-qat çoxdur.
Elmi işdə 1,5 milyon kovid və 35 milyon kovid olmayan insanların xəstəlik tarixçələri araşdırılıb.
Nəticələr göstərib ki, 18 yaşa qədər kovid olmuş insanlarda miokardit riski heç kovid olmamış insanlara nisbətən 36 dəfə yüksəkdir.
Bu gənclərə aiddir. Digər yaşlı qruplarda da mənzərə eynidir.
Ona görə alimlər yeniyetmə və gənclərin peyvənd olunmasını daha təhlükəsiz hesab edir, nəinki kovidlə xəstələnmək.