Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koviddən sonra infarkt riski 2 dəfə artır - Rusiyalı həkim

  • 2022.02.21 13:38
  • 1445 Baxış
Koviddən sonra infarkt riski 2 dəfə artır -  Rusiyalı həkim
Kovid keçirdikdən sonra infarkt olma riski 2 dəfə artır.


Medicina.az xəbər verir ki, Moskva Elmi-tədqiqatların institutunun direktor müavini həkim Tatyana Rujençova kovidin ölümcül fəsadları barədə danışarkən bunu deyib.

Koronavirus keçirən orta yaş insanların əksəriyyətində ürək problemləri yaranır. Vaşinqton universitetinin alimləri sübut edib ki, kovid xəstəliyindən sonra tromboz və tromb 2-3 dəfə, infarkt riski -63%, insult riski isə 52% artır.

Həkim bildirib ki, 15% xəstələrdə əsas kurs müalicədən sonra da damarların zədələnməsi əlamətləri inkişaf edir və risk qalır.

Ona görə də hər kəs koviddən sonra 1 ay keçmədən ürək-damar sisteminin müaiynəsi və müalicəsi ilə məşğul olmalıdır.

MEDİCİNA.AZ