Mədə üstə uzanmaq koronavirusdan daha tez sağalmağa kömək edir. Lakin bir çox xəstələr bu vəziyyətdə uzun müddət qalmaqda çətinlik çəkirlər.
Bu metodun effektivliyi hələ 2020-ci ilin fevralında məlum olub.
Belə ki, ABŞ və Kanadadan olan bir qrup elm adamı mədə üstə uzanmağın tənəffüs çatışmazlığı əlamətlərini və ölüm riskini azaltmaqda təsirini araşdırıb.
Tədqiqatda 248 COVID xəstəsi iştirak edib. Subyektlərin orta yaş həddi 56 olub və onların 36 faizini qadınlar təşkil edib./oxu.az/