Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koviddən sağalanlarda tromblaşma riski - Kardioloqdan açıqlama

  • 2022.03.04 14:13
  • 2455 Baxış
Koviddən sağalanlarda tromblaşma riski   - Kardioloqdan açıqlama

COVID-19 xəstəliyinin kəskin fazası bütün orqanların zədələnməsi ilə müşahidə olunur. O cümlədən, damarların zədələnməsi nəticəsində tromb riski cox yüksək olur. Virus məhv olduqdan sonra bu risk azalsa da, bir müddət yenə təhlükə qalmaqda davam edir.

Bu hətta tam sağalmış və özünü yaxşı hiss edən pasiyentlərə də aiddir. Demək olar ki, COVİD-19 xəstəliyindən sagalmış hər 3-cü pasiyent bu risklə qarşılaşır.

Medicina.az xəbər verir ki, invaziv kardioloq Emin Hacıbalayev “COVID-19-dan sağalmış insanlarda tromblaşma riski nə dərəcədədir? sualını cavablandırarkən bu barədə danışıb.

"O. deyib ki, bunun başlıca səbəbi ondan ibarətdir ki, virus damarların iç qatı olan endoteli zədələyir. Virus orqanizmdən çıxdıqdan sonra bu endotellər uzun müddət bərpa olur. Endotelin zədələnməsi ilə damarın iç qatı öz funksiyasının itirir və orada tromblaşma prosesi başlayır. Bu prosesin ilkin mərhələsində pasiyentdə heç bir əlamət müşahidə olunmasa da, sonradan infarkt, insult, ağciyər arteriyasının emboliyası, vaksulit və qan təchizatı ilə əlaqədar olan digər problemlər yarana bilər".

Bəs koronavirus keçirmiş hansı insanlarda tromblaşma riski daha yüksəkdir?

Damarlarının iç qatı koronavirusdan əvvəl də zədəli olan insanlar daha ehtiyatlı olmalıdır. Hipertoniya xəstələrində də endotellər zədələndikdə trobmblaşma riski ikiqat artır. Həmçinin, şəkərli diabet xəstələri və qan laxtalanmasında problemi olan pasiyentlər yüksək tromblaşma riski ilə üz-üzədirlər. Onlar COVID-19 xəstəliyi zamanı daha ehtiyatlı olmalıdırlar. Yanaşı xəstəliyi olmayan, lakin alkoqollu içkilərdən istifadə edən, az su içən, sidikqovucu dərmanlar qəbul edən şəxslər də risk qrupuna daxildir.

Qeyd edim ki, burada irsiyyət amili də rol oynayır. Bir həkim kimi koronavirusdan sağalmış insanlara tövsiyəm budur ki, bir müddət həkim nəzarəti altında qalsınlar, onun təyin etdiyi laborator analizləri vaxtı-vaxtında versinlər və lazım olarsa, profilaktik müalicə alsınlar.

Eyni zamanda, yeni növ koronavirus infeksiyası keçirmiş xəstələr 3 ay ərzində antikoaqulyant müalicə (qanı duruldan preparatlar) alsınlar. Bu, trombların yaranmasının qarşısını alır. Lakin bu müalicəni özbaşına, kortəbii surətdə etmək olmaz. Bütün müalicələr həkim tərəfindən təyin edilməlidir. /aztibb.az/