Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koviddən sağalanların bədənindəki ağrıların səbəbləri - Nevroloq

  • 2021.11.23 18:25
  • 1797 Baxış
Koviddən sağalanların bədənindəki ağrıların səbəbləri -  Nevroloq
Kovidə yoluxanlar və sağalanlar bütün bədəndə, daimi eyni lokalizasiya olmayan ağrılardan, el dilində gəzən ağrılardan şikayətlənir.

Medicina.az xəbər verir ki, qazax nevroloq Oybek Turqunxucayev hər 10 xəstədən 6-7 nəfərində kovid ağrılarının olduğunu bildirib.

Bu pozulma tibdə fibromialgiya adlanır. İnsan ağrılardan yorulur, gündəlik işinə davam edə bilmir, yuxusu pozulur.

“Ağrılar oynaqlarda, əl-ayaqda,boyunda, limfa düyünlərində olur. Belə xəstələr mütləq nevroloqa müraciət etməlidir. Səbəb infeksiyanın sinir sistemində disfunksiya yaratmasıdır.

Baş beyində ağrı mərkəzləri var, ayağımız, əlimiz zədə görəndə beyin ağrı siqnalı verir. Lakin sonradan ağrı itir, çünki beyinin ağrıya qarşı sistemi də var.

Covid zamanı bu sistemlər pozula bilər, xüsusən antiağrı hissə işləmir. Ona görə ağrılar səbəbli-səbəbsiz hiss olunur”.