Kovid xəstələrinə ilk günlər antibiotik təyini xəstənin sağalmasına mane olur
Medicina.az xəbər verir ki, bunu millət vəkili, kardiocərrah Studiya verilişində kovid xəstələrinin müalicəsi barədə danışarkən deyib.
“Xəstəliyin ilkç 10 günündə qətiyyən antibiotik qəbul etmək olmaz. Bu gün bunu bütün dünya qəbul edib. Çünki virus xəstəliklərində antibiotik tam tərsinə bədənin mübarizəsinə əngəl yaradır. İkincisi, deksametazon kimi hormonal dərmanlar əldə edib, yüksək dozada bədənə yeridib, özünü sağaldacağını düşünürlər. Hətta bunu yoluxmadan da qorunmaq üçün vururdular.
Bu gün ölkəmizdə ölümlərin səbəbi lazımsız yerə yüksək dozada antibiotik və hormonal dərmanların ilk 10 gündə xəstəyə vurulmasıdır. Virus fazasında bu dərmanlar əks göstərişdir. İnsanlar anlamırdılar ki, reanimasiyada istifadə olunan bu dərmanlar immune fazanın son mərhələsində ağır xəstələri xilas üçün tətbiq edilir. Bu dərmanları ilk gündən istifadə etmək ciddi həyati təhlükə yaradır.
Hamıya demək istəyirəm ki, həkim olub-olmamasından asılı olmayaraq, bilin ki, virusla ilk mübarizə dədə-babalarımızdan bizə qalan bəsit metodlarla aparılmalıdır:
Stressiz, qorxusuz, evdə yatmaq, bol maye qəbul etmək, 38,5 dərəcə qızdırma olduqda qızdırmasalıcı içmək, xəstəliyi seyr etməkdən başqa yol yoxdur.
Antibiotik və deksametazon kimi gücləndirici dərman kimi qəbul etmək mənasız söhbətdir. Allah-təala tərəfimizdən yaranmış müdafiə mexanizmi var ki, xəstəliklə mübarizə aparsın. Ola bilər vitaminsiz olsun, amma bu qədər milyonlarla vəsait xərcləyib koviddə xəstələrə vitamin verib immuniteti möhkəmləndirmək belə sübut edilməmiş addımdır. Heç bir dərman, vitamin immunitetə təsir etmir, xüsusilə virusa yoluxduqdan sonra.
Mənim deyəcəyim tək bir şey var: bir şeyə nə qədər sadə yanaşsan bir o qədər yaxşıdır. Biz kovidə sadə yanaşmaq məcburiyyətindəyik”.