Kovid infeksiyasından ölənlərin meyitlərinin, daxili orqanlarının patoloji müayinəsi zamanı rusiyalı patanatomlar qəribə faktlar aşkarlayıblar.
Bakupost.az xəbər verir ki, 2 illik tədqiqatın nəticəsində alimlər bu nəticəyə gəlib ki, kovid nəinki ağciyərdə, eləcə də beyin, böyrək, dalaqda infarkta səbəb olur, daxili orqanlarda çoxsaylı xora və nekrotik sahələr yaradaraq, ani ölümə səbəb olub.
Patoloji Anatomiya üzrə təşkilatın üzvlərindən biri, dosent Aleksandr Kaniboloçskiy ilk başda koviddən ölənlərin meyitlərinin yarılması zamanı çox qorxduqlarını etiraf edib.
“2 il əvvəl biz Çindən gələn qrupu qarşılamağa gedərkən qorxudan əsirdik. Meyitlərin yarılması vaxtı gələndə heç kim birinci olmaq istəmirdi. Kim başlayacaq sualını verəndə, hamı başını aşağı salırdı.
Amma biz məsuliyyətimizi dərk edirdik. Sonradan o qorxunun yerini maraq aldı. 2 il ərzində təkcə Moskvada 2 min meyiti kovidi öyrənmək üçün elmi məqsədlərlə açdıq.
Bütün müayinələrdə koronavirusun serebrovaskulyar və işemik xəstəlik törətdiyi, miokard, beyinin infarktına səbəb olduğu üzə çıxdı.
Biz ağciyərlərin spontan pnevmotoraksı, orqanlarda çoxsaylı kistləri, ağlagəlməz dəyişikliklər, çoxsaylı orqanların, endokrin vəzlərin, mərkəzi sinir sisteminin, böyrəklərin nekrozlaşması ilə üz-üzə qaldıq. Elə şeylərlə rastlaşdıq ki, alimlər hələ də bunun nə ilə bağlı olduğunu tapa bilmir, bunun üçün gələcəkdə elmi tədqiqatlar aparmaq lazımdır.
Orqanizmdə həm iltihabi proses, həm qanqrena, nekroz, həm mayenin dolması, həm tromboz, beyinə qansızma, infarktla rastlaşdıq.
Koviddən ölənlərin hətta bağırsaq və ayaqlarında da qanqrena gördük. Mədə-bağırsaq sistemi xora ilə örtülmüşdü.
Bəzən böyrəklərdə şişlərin yaranmasını da müşahidə etdik. Bunların bəd və ya xoş xassəli olduğunu demək olmaz. Bu şişlər sanki şiş prosesinə bənzəyən ocaqlar idi. Hesab edirəm ki, yaxın 20 ildə bunların nə olduğunu dəqiq biləcəyik”.
Aygün Musayeva
BakuPost