Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koviddən ölənlər artır

  • 2022.09.20 17:04
  • 1309 Baxış
Koviddən ölənlər artır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9 893 nəfər vəfat edib, aktiv xəstə sayı 1 592 nəfərdir.

Ölkədə son sutka ərzində 3 856, hazırkı dövrədək isə 7 221 407 test aparılıb.