Koviddən müalicə çox zaman fayda əvəzinə xəstəyə zərər verir. Amma xilas olmaq istəyən insan həkim və sağalanların dediyi hər şeyi etməyə hazırdır. Kovidin yayılmasından 2 il keçir, hələ də dəqiq və etibarlı müalicə sxemi yoxdur.
Medicina.az xəbər verir ki, rusiyalı otorinolarinqoloq Aleksandr Melnikov nəinki xəstələrin, hətta həkimlərin də müalicədə yol verdiyi səhvləri açıqlayıb.
“Təəssüf ki, həm ÜST-ün, həm də hər ölkənin Səhiyyə Nazirliyinin təyin etdiyi müalicə tövsiyələrinə demək olar ki, tam əməl olunmur və ya əlavələr edilir.
Hələ də, ən ciddi problem nəzarət olunmayan və səbəbsiz, izahsız geniş spektrli və stasionarlarda xəstələrə köçürülən antibiotiklərin 90% kovid xəstələrinə təyinidir.
İkinci yerdə xəstəyə test cavabı çıxandan sonra özünü sübut etməmiş antiviral virus əleyhinə bir iki yeni dərmanın təyinidir. Buna Favipiravir, Arbidol və s. aiddir. Dəfələrlə bildirmişik, əlimizdə dünyanın heç bir yerində koronavirusa qarşı sübutlu effektiv antiviral yoxdur.
Üçüncü prpblem qan analizlərində cüzi dəyişikliyi görüb və ya analizsiz qandurulaşdırıcı antikoaqulyantların təyinidir.
Etiraf edirəm ki, həkimlər antibiotiklərə aludə olublar, onları böyük nəhəng miqdarda təyin edirlər.
Elə pasiyentlərim olub ki, 1 həftə ərzində 3 adda müxtəlif antibiotikləri içib.
Kovid tədqiqatları göstərib ki, koronavirus zamanı ağciyərlərdə nadir halda bakterial infeksiya qoşulur. Xüsusən ilk 5-8 gündə ümumiyyətlə pnevmoniya olmur. Ağciyərlərin viral zədələnməsi ayrı xəstəlikdir, fərqli mənzərədir, burda antibiotik rol oynamır.
Ciddi bakteriyalar baş qaldıran xəstələr ağır kovid xəstələri olub, hansı ki, reanimasiyada müalicə alıblar və orda xəstəxanadaxili qızılı stafilakokk, pnevmokokk infeksiyaları ağciyərlərə keçir.
Bu infeksiyalarla mübarizə aparmaq da çox çətindir, çünki onlar antibiotiklərə davamlıdırlar. Bunun da günahkarı yenə həkimlər və insanlardır. Biz antibiotikləri ovuc-ovuc, yerli-yersiz qəbul etməklə, mikrobə və bakteriyaları dərmandan güclü etmişik”.