Britaniyanın COVID-19 səbəbilə komaya düşən tibb bacısı Monika Almeyda “Viaqra” iynəsi vurulduqdan sonra özünə gəlib.
O, peyvəndin hər iki dozasını almasına baxmayaraq, koronavirusu ağır keçirərək reanimasiya şöbəsinə düşüb.
Hadisə katoliklərin Milad bayramı ərəfəsində baş verib. Həkimlər ona daha çox erektil disfunksiya ilə əlaqəli olan “Viaqra” dərmanı vurublar.
Onlar xəstənin “Viaqra” ilə ayılmasını “kiçik Milad möcüzəsi” adlandırıblar.