Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kovid xəstəsinin vəziyyətini izləmək üçün vacib qan analizləri - SİYAHI

  • 2021.12.09 17:21
  • 3274 Baxış
Kovid xəstəsinin vəziyyətini izləmək üçün vacib qan analizləri -  SİYAHI
Artıq kovidə yoluxmuş kovid xəstəsi sağalana kimi azı 2 dəfə bəzi qan analizlərini verməklə, infeksiyanın gedişini, proqnozunu nəzarətdə saxlaya bilər.

Medicina.az xəbər verir ki, həkimlər kovid xəstələrinin müalicəsində lazım olan həyati vacib analizləri sadalayıb.

Xəstəxanada müalicə alan xəstələrdən orda bu analizlər mütləq götürülür. Evdə qalanlar da mütləq bunları nəzərə almalıdır.


Həyat qurtaran analizlər:

- Qan ümumi analiz – leykositar formula ilə

- Qanın biokimyəvi analizi – kovidin hansı orqana daha çox təsir etdiyini göstərə bilər. Xüsusən mədəaltı, qaraciyər və s.

C reaktiv zülalın miqdarını yoxlamaq – ayrıca analizdir. Ağciyərlərdə iltihabı, pnevmoniyanın, bakterial infeksiyanın dərəcəsini göstərir. Bu əsas laborator markerdir. Müalicə müddətində 2 dəfə verilməlidir. Əgər nəticə 30-dan yuxarıdırsa, ciddi gedişatdır.

- Ferritinin səviyyəsi. – Orqanizmdə iltihabın dərəcəsini göstərir. Covidin ağırlaşmasını xəbər verir. Ferritinin normadan çox yüksəlməsi xəstənin təcili xəstəxanaya aparılmasını lazımlı edir.

- Koaquloqramma – qanın laxtalanması markerləri. Çünki kovid qanı laxtalandırır, tromb yaradır, qan damar sistemini zədələyir. Bu nəticəyə görə xəstəyə qandurulducuların dozası təyin edilir. Qanın laxtalanması ciddi pozulduqda kovid ağırlaşır.

- İnterleykin 6 analizi – immun sistemin aktivliyini göstərən analizidr. Onların çox yüksəlməsi ağciyərlərin kəskin tutulmasını və Sitoken fırtınasının başlandığını göstərə bilər. Bu zaman xəstə hospitəlizə olunur və Sitokeni bloklayan preparatlar vurulur. İnterleykin xəstə sağalandan sonra azalır.

- Bu analizləri teslə xəstəlik təsdiq olunandan 2-3 gün ərzində, eləcə də müalicənin 6-7-ci günündə və lazım gələrsə 14 gündən sonra verilməlidir.

- Təəssüf ki, evdə müalicə alanlar yüngül xəstə hesab edildiyi üçün bu analizlərin pulsuz təminatı olunmur. Amma bu da böyük səhvdir. Çünki kovidin nə vaxt orta və ağır dövrə keçəcəyini heç kim bilmir. Ozaman gərək bütün xəstələr saturasiya 96-a düşən kimi xəstəxanaya aparılsın.


- Analizlər mütləq müalicə həkiminin təyinatı ilə verilməli və cavablara da həkim baxıb müalicəni dəyişməlidir. Özbaşına analizlərlə qərar verməyin.