Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kovid vaksini vurduran qadın yemək yeyə bilmir

  • 2022.10.03 16:48
  • 1185 Baxış
Kovid vaksini vurduran qadın yemək yeyə bilmir



60 yaşlı qadın kovid peyvəndindən sonra ciddi pozulma ilə üzləşib.


"Medicina" xəbər verir ki, Pfizer peyvəndindən sonra onun ağız içində xora kimi yaralar əmələ gəlməyə başlayıb.

Bu yaralar hər dozadan sonra daha da artıb. Nəticədə qadın bir neçə aylar normal yemək yeyə bilməyib.

Avstraliyada baş verən bu hadisə həkimləri də təəccübləndirib. Onlar 9 ay qadında nə baş verdiyini anlamağa çalışıb, qadın isə 8 kq arıqlayıb.

Qadının dili şişib qızararaq çatlamışdı.Nəhayət ki, onda Şeqren sindromu təyin edilir. İmmun sistem bədənin sağlam üzvünü sıradan çıxarır.

Qadına steroid hormonal terapiya təyin edilib.
Peyvəndin bu nadir əks təsiri tibbi elmi dərgidə qeydə alınıb.

Aygün Musayeva