Kovidə yoluxub sağalan gənc qadınlarda xəstəlikdən sonrakı müddətdə hamilə qalma şansı, eləcə də mayalanma prosesi kəskin düşür.
Medicina.az xəbər verir ki, bunu Rusiyanın reproduktiv mütəxəssisi Nataliya Dolquşina bildirib.
“Biz kovid keçirmiş bir çox pasiyentlərimizi müayinə etdik. Müşahidə etdik ki, süni mayalanma üçün müraciət etmiş pasiyentlərin 80%-də koviddən öncəki ilə sonrakı analizlər arasında fərq var. Onlarda ovarial rezerv kəskin azalıb. İnfeksiya reproduktiv sistemə təsir edir”.
Ona görə də kovid keçirmiş pasiyentlər xəstəlikdən yarım il sonra, peyvənd vurduranlar isə 1 ay sonra süni mayalanma etməlidir. Virusa qarşı immunitet qazandıqdan sonra hamiləliyi planlamaq olar.