Rusiyanın koronavirus əleyhinə "Sputnik V" peyvəndinin yaradıcısı alim Boris Naroditski vəfat edib.
"Medicina" xəbər verir ki, 82 yaşlı alimin ölüm səbəbi qəribə də olsa pnevmoniya olub.
O, 2021-ci ildə yıxılıb, o vaxtdan ağrılar və fəsadlardan əziyyət çəkib.
Botkin xəstəxanasında müalicə zamanı o, pnevmoniyaya yoluxub. Zəifləmiş orqanizm pnevmaniyanın öhdəsindən gələ bilməyib.