İnsanlar kovid peyvəndi növbəsi götürərək, uzun izdiham içərisindən keçərək peyvəndini vurdurur, sonra da adi gun kimi işlərinə davam edir. İşə qayıdır, bazar-dükana gedir, idman edir, küçədə olur və s.
Lakin peyvənd prosesinə belə dırnaqarası baxmaq olmaz. Korona peyvəndi vurulan gün orqanizmə yad bir virus hissəciyi daxil olur və immunitet səfərbər olur.
Ona görə həmin gün insan enerjisini yollara, işə yox, dincəlməyə sərf etməlidir. Yoxsa peyvəndin əks-təsiri, fəsadı daha çox ola bilər.
Medicina.az xəbər verir ki, bunu rusiyalı terapevt açıqlayıb.
“İstənilən peyvəndi vurdurduqdan pasiyent aktiv hərəkətlərdən çəkinməli, evə gedib dincəlməli, uzanmalı, həmin günü stressiz və yorulmadan keçirməlidir.
Peyvənddən sonra orqanizmin tələb etdiyi budur. Tibbi yanaşma da bunu tələb edir.
Sahibkarlar və rəhbərlər kovid peyvəndi olunmuş işçinin işə çıxmasını qadağan etməli, bunu anlayışla qarşılamalıdır.
Peyvənddən sonra azı 1 sutka istirahət lazımdır. Xüsusən yaşlı, xroniki xəstəliyi olan şəxslər həmin gün əlavə heç bir yerə getməməli, evdə uzanıb bol maye qəbul etməli, şəkəri, təzyiqi nəzarətdə saxlamalıdırlar. Peyvənd olunandan dərhal sonra evə qayıdın".