Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kovid peyvəndi saxtakarlığına görə BioNTech və Pfizer məhkəməyə verildi

  • 2022.08.26 19:45
  • 2193 Baxış
Kovid peyvəndi saxtakarlığına görə  BioNTech və Pfizer  məhkəməyə verildi

COVID-19 peyvəndi istehsalçılarından olan nəhəng Moderna şirkəti digər Pfizer və BioNTech şirkətlərini peyvənd saxtakarlığına görə məhkəməyə verib.



Medicina xəbər verir ki, Moderna, iki şirkəti kopyalamaq və mədəni oğurluqda ittiham edir.

Biotexnologiya şirkəti Moderna 2010-2016-cı illər arasında özlərinin inkişaf etdirdikləri və patentini aldılğı MRNA texnologiyasının Pfizer və BioNTech tərəfindən icazəsiz kopyalandığını iddia edib.


"Biz koviddən əvvəl kəşf etdiyimiz, milyardlarla dollar sərmayə qoyduğumuz və patentini aldığımız innovativ kəşfimizi qorumağa məcburuq. Bu platformanı biz qurmuşuq, bizim texnologiya Covid 19 peyvəndi istehsal etməyə imkan verdiı. Amma Pfizer özünə məxsus olmayanı qanunsuz tətbiq edib" - deyə şirkət bildirib.

Məhkəmənin nə qədər çəkəcəyi məlum deyil.

Aygün Musayeva