Covid 19-un yüksək patoloji fəallığı yalnız bir il, yəni dörd fəsil davam etdi, 2021-ci ilin baharında tamamlandı. Hazırda o, lokallaşıb sönməkdə olan fəsli infeksiyalardan biridir.
Bundan sonra Covid 19 haqqında yalnız keçmiş zamanda danışılmalı və müzakirələr də bir məqsədə xidmət etməlidir: pandemiya davam etdiyi müddətdə bu infeksiyanın müalicə və profilaktikası istiqamətində, strategiyanın qurulması və taktiki gedişlərdə, hansı ciddi səhvlərə yol verilmişdir? Bu səhvlər araşdırılmalı, təhlil edilməli və onlardan nəticə çıxarılmalıdır.
Medicina.az xəbər verir ki, bu sözləri professor Musa Qəniyev növbəti açıqlamasında bildirib.
"Sual olunu ki, bəs nəyə görə keçən yaz və payız fəslində nəyə görə yoluxmada kəskin artım müşahidə edildi və bu gün də davam etməkdədir?
Yoluxma və ölüm halında kəskin artım, Covid 19-un “əsrin faciəsi” olması fikrinin insanların beyninə yeridilməsinin nətisəsi olaraq, əksəriyyətin profilaktik məqsədlə müxtəlif antiviral preparatları (arbidol, xüsusən favipravir), geniş təsir spektrli antibiotik və sair kimi lazımsız dərmanları (zəhərləri) qəbul etməsi idi.
Mən dəfələrlə bildirmişdim ki, Covid 19-a yoluxma reseptor mexanizmlərlə baş verdiyindən, yoluxma anı və onun ilk günləri, yəni, İgM antitellər əmələ gəlməyə başlayana qədər, immun sistem onu tanımır. Odur ki, sağlam şəxslərin immunomodulyator və ya antiviral preparatları qəbul etməsi, şəxsin öz-özünə qəsd etməsidir. Çünki immunomodulyatorlar Covid 19-a yoluxma halında “sitokin fırtınasın” tətikləyir, antivirallar isə nəzarətsiz qəbulda neyro-humoral və immun sistemi dağıdır.
. Keçən payısda yoluxmanın artmasının səbəbi isə, uzunmüddətli sərt karantin tədbirlərinin nəticəsi olaraq, virus və canlı orqanizm arasında birgə yaşayış prinsipinin pozulması idi. Virus canlı varlıq kimi qəbul olunmur. Şünki, canlılığın məlum 3 şərti var: a) genom quruluşuna sahib olmaq (virusun genom quruluşu var), b) ətraf mühütlə mübadilə (virus ətraf mühütlə mübadiləyə girə bilmir), c) artıb-çoxalma, yəni nəslartırma (virus nəsl artırma qabiliyyətindən məhrumdur). Virus nəslin, yalnız canlı hüceyrənin genom quruluşundan müştərək istifadə hesabına artıra bilir.
Odur ki, virusa xas selektiv instinqtiv hal, yalnız canlı hüceyrəyə daxil olmaqdır. Buna mane olduqda (məs. sərt karantin zamanı), hətta şərti-patogen virus ştammlarında belə, kəskin aqressivləşmə müşahidə olunur. Bu səbəbdən, karantin tədbirlərinin yumşaldılması, viral infeksiyaların kəskin artımına səbəb olmalıdır. Odur ki, sərt karantinin tətbiginə gedildikdə, onun davam etmə müddəti, məlum viral infeksiyanın inkubasiya dövründən artıq olmamalıdır. Zərurət yaranarsa, bu hal hətta bir neçə dəfə təkrarlana da bilər.
Hazırda Covid 19-a yoluxmayan bir nəfər belə insan yoxdur. İstər bu, istər kütləvi vaksinasiyanın nəticəsi olaraq, formalaşan kollektiv immunitet, istərsə də virusda növbələşən genom mutasiyası, Covid 19-u fəsli infeksiyaya çevirmişdir. Bunun təsdiqi üçün, seroloji test (ELISA) verib, Covid 19 əleyhinə 250 anticisimdən yalnız birinin- İgG immunoqlobulinin təyini yetərlidir. Hərgah qan zərdabında məlum antitelin hətta izi varsa, bu həmin şəxsin Covid 19-a yoluxub, ondan sağalma göstəricisidir.
Yoluxmanın hazırkı yüksəliş dönəmində Bizi gözləyən faciələrdən, yalnız Ölkə Başçısının təziqlərə sinə gərib, qətiyyət göstərərək, noyabr-dekabr aylarında əksər Dünya Ölkələrində tətbiq edilən sərt karantin tədbirlərinə getməməsi qurtardı.
Odur ki, yoluxmada müşahidə olunan hazırkı artım mütləq qanunauyğunluqdur. Bundan qorxmaq lazım deyildir. Sadəcə olaraq, daima şəxsi gigiyenik qaydalara əməl edib, Covid 19 kəlməsini birdəfəlik unudaraq, bu həyatı yaşamaq lazımdır"/
MEDICINA.AZ