Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kovid keçirənlərdə 20 ay immunitet olur

  • 2022.07.23 16:50
  • 1618 Baxış
Kovid keçirənlərdə 20 ay immunitet olur

İsveçin Höteborq Universitetinin alimləri aşkar ediblər ki, COVID-19-u keçirənlərdə qoruyucu T hüceyrələri 20 aydan sonra da bədəndə qalır. Lakin onların sayı təkrar yoluxmadan qorunmaq üçün kifayət etməyə bilər.



Medicina.az xəbər verir ki, SARS-CoV-2-yə yoluxduqdan sonra insan orqanizmində virusa xas T-hüceyrələrin və anticisimlərin meydana çıxması sayəsində tezliklə qoruyucu immun reaksiyalar inkişaf edir. Bu immunitetin uzun sürməyəcəyi və təkrar yoluxma koronavirusun daha ağır formasına səbəb ola biləcəyi bir sıra alimlərdə narahatlıq hissi doğurur.



İsveçli alimlər müəyyən ediblər ki, COVID-19-u keçirən insanların qanında virusa xas T hüceyrələrinin bir neçə variantı qalır. Lakin onların əhəmiyyətli hissəsi 10-12 həftədən sonra yox olur.



Əldə edilən məlumatlar təkrar yoluxma və koronavirusa rast gəlmiş xəstələr arasında xəstəliyin ağır gedişi və ölüm riskinin azaldığını izah edə bilər. Bu nəticəyə pandemiyanın ilk ilində yüngül formada koronavirusa yoluxmuş xəstəxana işçilərinin 80-dən çox qan testinin rəqəmsal tədqiqindən sonra gəlinib.