Mumbay şəhərinin JJ xəstəxanasının baş cərrahı Aljay Bxandarvar koviddən ölənlər üzərində anatomik təhlillər aparıblar. Meyitlərin patoloji müayinəsində iştirak edən cərrah virusun daxili orqanlarda yaratdığı fəsadları açıqlaylıb.
Medicina.az xəbər verir ki, koviddən ölən 51 xəstənin meyiti azinvazivli autopsiya metodu ilə öyrənilib.
“Bu tədqiqat pandemiya dövründə aparılmış ən böyük hadisədir. İlk dəfə meyitlərin yarılması ilə İtaliyada aparılan elmi tədqiqat kovidin qan damarlarını tıxadığı və tromb yaratdığını üzə çıxarmışdı.
Biz 51 meyiti təhlil etdik. Onlardan 24-də böyrəklər, 29-da qaraciyərdə ciddi dəyişikliklər yaranmışdı. Bİr xəstədə bir neçə orqanda eyni vaxtda dəyişikliklər olmuşdu. Covid ağciyərlər, böyrək, qaraciyər, dalaq, ürəkdə patoloji dəyişikliklər yaradır.
Digər önəmli məsələ, kovid xəstədə artıq mövcud olan prosesləri artırır, xəstəlikləri ağırlaşdırır.
Covidin böyrəkləri zədələdiyi xəstələrin tibbi məlumatlarını təhlil edəndə gördük ki, bu insanlar sidik ifrazat sistemi ilə bağlı bir neçə il əvvəldən həkimə müraciət ediblər, onlarda sidik infeksiya xəstəlikləri, iltihabı olub”.
Ona görə də yaşlı və xroniki xəstələr ilk günlərdən xəstəxanada ciddi nəzarətdə müalicə olunmalıdır və hər xəstənin öncədən hansı orqanı zəifdirsə, onlar qorunmalıdır.