Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kovid analizinin dəqiqliyi hansı saatda verilməsindən asılıdır

  • 2021.10.28 17:17
  • 1587 Baxış
Kovid  analizinin dəqiqliyi hansı saatda verilməsindən asılıdır
Kovid üçün yaxma PZR testinin dəqiqliyi xəstənin sutkanın hansı saatında, səhər yoxsa günün ikinci yarısında test verməsindən asılı ola bilər.


Medicina.az xəbər verir ki, ABŞ alimləri saatla PZR testin dəqiqli arasında təsiri öyrəniblər.

Belə bir hipoteza var ki, virusun orqanizmdə aktivliyinə sutkalıq çirkad ritmləri təsir edir.

“Virus xaric olma, qan və seliyin virus hissəcikləri ilə zədələnməsi gündüz saatlarda daha aktiv intensiv olur.

Ona görə də, günün ortasında, yəni günorta götürülən PZR testlər daha dəqiq cavab verir, nəinki axşam və gecə.
Axşam saat 8-dən sonra virus yükü azalır. Bu saatlardan sonra alınan test yalançı nəticə verə bilər”.

Alimlər bu qənaətə 86 min PZR test üzərində apardıqları iş nəticəsində gəliblər.